Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” Mustafa Əhmədzadə ilə yeni müqavilə imzalayıb.
Sportal.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi daha 2 il “qırmızı-ağlar”ın formasını geyinəcək. O, 2023-cü ildən komandanın heyətində yer alıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.
saytlarin hazirlanmasi
