FIFA Olisenin vərəqəsini ləğv etmədi

21:38 - 8 İyul 2026

FIFA Fransa millisinin üzvü Maykl Olisenin DÇ-×026-nın 1/8 finalında Paraqvaya qarşı keçirilən oyunda (1:0) aldığı sarı vərəqəni ləğv etməkdən imtina edib.

Sportal.az xəbər verir ki, ​24 yaşlı vinger əlavə vaxtda paraqvaylı yarımmüdafiəçi Matias Qalarsa ilə mübahisədən sonra cəzalandırılıb.

​Təkrar kadrlarda Olisenin rəqibinə toxunmadığı aydın görünsə də, FIFA qalmaqallı hakimin qərarını qüvvədə saxlayıb.

​Xatırladaq ki, FIFA daha əvvəl ABŞ millisinin hücumçusu Falorin Baloqunun qırmızı vərəqəsini ləğv etmişdi və o, Belçikaya qarşı oynaya bilmişdi.

​Fransa millisi 1/4 finalda Mərakeş yığması ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 10-da keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Xəbər xətti