Premyer Liqa klubundan 54 milyon avroluq transfer RƏSMİ

15:55 - 14 İyul 2026

İngiltərənin "Brayton" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa klubu "Tottenhem"dən Luka Vuşkoviçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Brayton" xorvatiyalı futbolçu üçün London nəhənginə 54 milyon avro təzminat ödəyib. 19 yaşlı mərkəz müdafiəçisi ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Luka Vuşkoviç ötən mövsüm icarə əsasında "Hamburq"da çıxış edib. Xorvatiya millisinin üzvü Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti