"Mançester Yunayted" 35 yaşlı qapıçı transfer etdi

16:14 - 14 İyul 2026

"Mançester Yunayted" heyətini yeni qapıçı ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi Karl Darlounu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı uelsli qolkiperlə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Karl Darlounun son klubu "Lids Yunayted" olub.

Xəbər xətti