37 yaşlı hücumçu rəsmən La Liqa klubunda

00:29 - 18 İyul 2026

Pyer-Emerik Obameyang karyerasını İspaniyada davam etdirəcək.

Sportal.az xəbər verir ki, 37 yaşlı hücumçunun transferini "Deportivo" rəsmən açıqlayıb. Tərəflər 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıblar.

Məlumata görə, La Liqaya qayıdan “Deportivo” futbolçunun keçidi üçün "MArsel" klubuna 1,5 milyon avro təzminat ödəyib.

2025/26 mövsümündə Qabon millisinin tarixinin ən sərrast bombardiri olan Obameyanq Liqa 1-də 30 oyunda meydana çıxaraq 10 qola imza atıb. Təcrübəli forvardın “Deportivo”nun hücum xəttinə ciddi güc qatacağı gözlənilir.

Xəbər xətti