Ederson baş tutmayan "Mançester Yujnayted" transferindən sonra "Atalanta" ilə yeni müqavilə imzalayıb.
Sportal.az xəbər verir ki, daha əvvəl məlum olmuşdu ki, “Mançester Yunayted” 27 yaşlı yarımmüdafiəçinin transferindən rəsmi şəkildə imtina edib. İngiltərə klubu futbolçunun tibbi müayinəsinin nəticələrindən narazı qaldığı üçün sövdələşməni dayandırıb.
İnsayder Fabritsio Romanonun sözlərinə görə, “qırmızı şeytanlar"ın bu yay transferi yenidən gündəmə gətirəcəyi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir. Sövdələşmə bir həftə əvvəl tamamilə ləğv olunub.
2022-ci ildən Berqamo təmsilçisinin formasını geyinən braziliyalı futbolçu yeni müqaviləyə əsasən 2031-ci ilin yayına qədər “Atalanta”da çıxış edəcək.
saytlarin hazirlanmasi
