FİFA DÇ-2026-dan rekord gəlir əldə etdi

11:49 - 19 İyul 2026

DÇ-2026 FİFA üçün rekord gəlir gətirib. 

Sportal.az “The Guardian”a istinadən xəbər verir ki, ali futbol qurumu bu dəfəki mundialdan 15 milyard dollar qazanc əldə edib. 

Bu, ilkin proqnozlardan xeyli yüksəkdir: “The Guardian” qəzetinin məlumatına görə, FİFA əvvəlcə təxminən 11 milyard dollar qazanc əldə etməyi planlaşdırırdı. Mənbəyə görə, gəlir artımının əsas hərəkətverici qüvvəsi bilet satışları olub. FİFA həm alıcılardan, həm də satıcılardan 15 faiz komissiya alır ki, bu da ümumi gəliri əhəmiyyətli dərəcədə artırır.

Gəlirin digər vacib mənbəyi qonaqpərvərlik xidmətləridir. Bu iki maddə proqnozlaşdırılan rəqəmləri xeyli üstələyərək yekun gəlirlə töhfə verib.

Qeyd edək ki, mundialın finalı bu gün İspaniya və Argentina arasında keçiriləcək və oyuna Bakı vaxtı ilə 23:00-da start veriləcək. 
 

Xəbər xətti