Fransa millisinin üzvü "Çelsi"yə keçir - 52 milyon funt-sterlinqlik transfer

20:16 - 24 İyul 2026

"Çelsi" müdafiə xəttini yeni oyunçu ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Kristal Pelas"da çıxış edən Maksens Lakruanın keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Çelsi" Fransa millisinin üzvü üçün onun klubuna 52 milyon funt-sterlinq təzminat ödəyəcək. 26 yaşlı mərkəz müdafiəçisi yeni klubu ilə 6 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Maksens Lakrua 2025/26 mövsümündə "Kristal Pelas"ın heyətində bütün turnirlərdə meydana çıxdığı 55 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti