"Reyms"in futbolçusu Keyto Nakamura karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Beşiktaş" yaponiyalı vingeri transfer etmək istəyir. Bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.
Fransa klubu Nakamura üçün 25 milyon avro tələb edir. "Marsel" və "Everton" da 25 yaşlı oyunçu ilə yaxından maraqlanır.
Qeyd edək ki, "Reyms" Keyto Nakamuranı 2023-cü ilin yayında Avstriyanın LASK klubundan 12 milyon avroya transfer edib. Yaponiya millisinin üzvü 2025/26 mövsümündə Liqa 2 təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 14 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
