Noyer karyerasını başa vuracaq

14:59 - 29 İyul 2026

"Bavariya"nın qapıçısı Manuel Noyer gələcəyi ilə bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, almaniyalı qolkiper karyerasını başa vurmağa hazırlaşıb. Bu barədə təcrübəli futbolçu özü məlumat verib.

Noyer 2026/27 mövsümünün sonunda peşəkar futbolla vidalaşacaq. Həmin vaxt onun 41 yaşlı olacaq.

Qeyd edək ki, Manuel Noyer "Şalke"nin yetirməsidir. "Əlcək sahibi" 2011-ci ilin yayından "Bavariya"da çıxış edir. O, Münhen təmsilçisinin heyətində 598 rəsmi matçda meydana çıxıb. Noyer Almaniya millisinin heyətində isə 128 oyun keçirib.

Xəbər xətti