"Qarabağ" Bolqarıstana yola düşdü - FOTOLAR

15:57 - 29 İyul 2026

"Qarabağ" UEFA Avropa Liqası II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Bolqarıstanda CSKA-nın qonağı olacaq.

Sportal.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bu gün oyun üçün Sofiyaya yola düşüb.

Qeyd edək ki, CSKA - "Qarabağ" qarşılaşması iyulun 30-da keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Komandalar arasında Bakıda baş tutan ilk matç 0:0 hesablı bərabərliklə başa çatıb.


Xəbər xətti