"Everton"un futbolçusu İlliman Ndiaye İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Arsenal" seneqalları vingeri transfer etmək istəyir. Bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.
Ndiaye Mersisayd təmsilçisinin yeni müqavilə təklifini qəbul etməyib. Klubu 26 yaşlı oyunçu üçün 75 milyon funt-sterlinq tələb edir.
Qeyd edək ki, Seneqal millisinin üzvü olan İliman Ndiaye 2025/26 mövsümündə "Everton"un heyətində Premyer Liqada meydana çıxdığı 32 matçda 6 qol vurub, 3 qol ötürməsi edib.
saytlarin hazirlanmasi
