"Sabah"ın rəqibi Bakıya gəldi - FOTOLAR

11:18 - 10 Avqust 2026

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Sabah"ın rəqibin olan "Orhus" cavab görüşü üçün Bakıya gəlib.

Sportal.az xəbər verir ki, Danimarka çempionu gecə saatlarında paytaxtımıza çatıb.

Qeyd edək ki, "Orhus" bu gün matçın keçiriləcəyi "Bank Respublika Arena"da məşqə çıxacaq.

Görüş isə sabah həmin stadionda keçiriləcək və oyuna 20:00-da start veriləcək.

Xəbər xətti