Bu gün "Qarabağ" Konfrans Liqasında 3-cü təsnifat mərhələsində cavab görüşünə çıxıb.
Sportal.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Dinamo"nu qəbul edib. Matç Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, "Qarabağ" Konfrans Liqasında pley-off mərhələsinə yüksəlib.
Qeyd edək ki, "Qarabağ" pley-off mərhələsində "Tvente" (Niderland) və DAC 1904 (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunu
13 avqust
20:00 Qarabağ – Dinamo (Kiyev, Ukrayna) 2:0
Qol: Jali Muaddib, 12, Aleksey Kaşuk,69
İlk oyun 0:1
