"Bayer" Premyer Liqaya yeni yüksələn komandanın təklifini qəbul etmədi

21:03 - 13 Avqust 2026

Esekiel Palasios üçün "İpsviç"in təklifi "Baye" (Leverkuzen) tərəfindən rədd edilib.

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, “İpsviç” 27 yaşlı yarımmüdafiəçi üçün 17 milyon funt sterlinq təklif edib, lakin “Bayer” bu məbləği kifayət hesab etməyib. Son xəbərlərdə alman klubunun təxminən 35–40 milyon avro tələb etdiyi bildirilir.

Palasiosun isə Premyer Liqaya keçmək istədiyi və bu istəyini “Bayer” rəhbərliyinə çatdırdığı bildirilir. Bununla belə, danışıqlar hazırda dayandırılıb və transferin baş tutması üçün “İpsviç”in təklifini əhəmiyyətli dərəcədə artırması lazım olacaq.

Qeyd edək ki, argentinalı futbolçunun “Bayer”lə müqaviləsi 2030-cu ilə qədər qüvvədədir.

Xəbər xətti