Azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Avropa Liqasında təsnifat mərhələsində pley-offa vəsiqə qazanıb.
Sportal.az xəbər verir ki, onun komandası 3-cü təsnifat mərhələsində “Şemrok Rovers”i üstələyib.
İlk görüşdə səfərdə rəqibinə 1:3 uduzan albanlar, evdə rəqibinə 5:1 qalib gəlib.
Zamiq meydana 46-cı dəqiqədə çıxıb. Qeyd edək ki, "Eqnatiya" pley-offda "Lillestrom"la qarşılaşacaq.
saytlarin hazirlanmasi
