Avropa Liqası və Konfrans Liqasının üçüncü təsnifat mərhələlərinin cavab oyunlarından sonra UEFA ölkələrinin reytinqi yenilənib.
Sportal.az xəbər verir ki, "Qarabağ"ın "Dinamo”(Kiyev) üzərində 2:0 hesablı qələbəsi Azərbaycana əlavə 0,250 xal qazandırıb.
Hazırda Azərbaycan reytinqdə 21.687 xalla 26-cı yerdədir.
Ukrayna Azərbaycandan (22.587) bir pillə yuxarıda, Slovakiya isə (20.500) bir pillə aşağıdadır.
Azərbaycan Avropa mövsümünə 18.562 xalla başlayıb.
