“Dinamo”(Kiyev) klubunun yarımmüdafiəçisi Vladimir Brajko Konfransı Liqasının seçmə mərhələsinin üçüncü turunun ikinci oyununda (0:2, ilk oyun 1:0) “Qarabağ”a məğlubiyyəti şərh edib.
Sportal.az xəbər verir ki, Kiyev klubunun mətbuat xidmətinə danışan ukraynalı Bakıdakı uğursuz nəticəyə görə azarkeşlərindən üzr istəyib:
"Hazırda yalnız mənfi emosiyalar yaşayıram. Təəssüf ki, bu Avropa mövsümü bizim üçün başa çatdı. Çox çətin oyun idi; çox səhv etmədik, amma xüsusilə də ilk hissədə qol buraxdıq.
İlk 30 dəqiqə çətin keçdi, amma ikinci hissədə oyunu bir az dəyişdirdik, qol imkanları yaratdıq. Xüsusilə də fürsətim oldu və bundan yararlanmamaq təəssüf doğurur. Özümü günahkar hiss edirəm və məsuliyyət daşıyıram, ona görə də azarkeşlərdən üzr istəyirəm. Bəhanə yoxdur. Qol vursaydım, hər şey fərqli olardı. Baş verənləri təhlil etməli və çempionata da diqqət yetirməliyik, çünki bazar günü "Kolos"la oynayacağıq.
Əlbəttə ki, bu, məyusedicidir, amma həm şəxsi, həm də komanda olaraq inkişaf etməliyik. Ümid edirəm ki, gələn il daha yaxşı olacaq, amma bu gün məyusedici oldu. Azarkeşlərdən bir daha üzr istəyirəm".
saytlarin hazirlanmasi
