Abdulla Zubir "Qarabağ"la vidalaşdı - FOTO

15:17 - 16 Avqust 2026

"Qarabağ”dan ayrılan Abdullah Zubir azarkeşlərlə vidalaşıb.

Sportal.az xəbər verir ki, fransız futbolçu instaqram səhifəsində bunları yazıb:

"Səkkiz ildən sonra yeni fəslə başlamağın vaxtı gəldi. Bütün kluba, komanda yoldaşlarıma, məşqçilər heyətinə və xüsusən də mənim üçün çox şey ifadə edən məşqçimə təşəkkür etmək istəyirəm. Etibarına və mənə öyrətdiyi hər şeyə görə ona təşəkkür edirəm. Ən əsası isə, mənə göstərdiyiniz inanılmaz sevgiyə görə bütün azarkeşlərə və bütün ölkəyə təşəkkür edirəm. Dəstəyiniz, ehtirasınız və sevginiz bütün bu illər ərzində mənimlə olub".

Xəbər xətti