Premyer Liqa klubu 30 milyon avroya yarımmüdafiəçi transfer etdi

18:35 - 17 Avqust 2026

İngiltərənin "İpsviç Taun" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqaya yüksələn kollektiv "Strasbur"dan Xulio Enkisonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"İpsviç Taun" paraqvaylı hücumameyilli yarımmüdafiəçi üçün Fransa klubuna 30 milyon avro təzminat ödəyib. 22 yaşlı oyunçu ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Strasbur" Xulio Enkisonu 2025-ci ilin yayında "Brayton"dan 9 milyon avroya transfer etmişdi. Paraqvay millisinin üzvü 2025/26 mövsümündə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 12 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti