"Real"ın B komandasının hücumçusu Yakobo Orteqa karyerasını Fransada davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Strasbur" 20 yaşlı futbolçunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Liqa 1 klubu Orteqa üçün 10 milyon avro təzminat ödəyib. La Liqa nəhəngi oyunçunun növbəti satışından 30 faiz pay əldə edəcək. 20 yaaşlı forvard "Strasbur"la 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Yakobo Prteqa "Real"ın yetirməsidir. Gənc hücumçu 2025/26 mövsümündə bütün turnirlərdə meydana çıxdığı 56 rəsmi matçda 18 qol və 2 məhssuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
