Futbol üzrə Azərbaycan I Liqasında II tura yekun vurulub.
Sportal.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutub. MOİK Binə qəsəbə stadionunda "Şimal"ı qəbul edib. 2 qolun vurulduğu matçda qalib müəyyənləşməyib.
Qeyd edək ki, 2 turdan sonra MOİK və "Şimal"ın aktivində 1 xal var.
MOİK - "Şimal" 1:1
Qollar: Z.Mərdanov, 66 - N.Osmanov, 49
