Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu bəlli oldu

19:58 - 11 Sentyabr 2026

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunun ən yaxşı oyunçusu məlum olub.

Sportal.az xəbər verir ki, PSJ-nin hücumçusu Ferran Torres həftənin ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

İspaniyalı forvard UUEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda Ermedin Demiroviç ("Ştutqart"), Rafinya ("Barselona") və Mark Bartranı ("Betis") qabaqlayıb.

Qeyd edək ki, Ferran Torres PSJ-nin "Slovan"ı məğlub etdiyi matçda 3 qol vurub.

Xəbər xətti