"Ronaldo Portuqaliyanın simvoludur, amma bu, ona hər oyunda oynamaq hüququ vermir" - Jorje Jesus

23:45 - 23 Sentyabr 2026

Portuqaliya millisinin baş məşqçisi Jorje Jesusa Kriştiano Ronaldunun Uelslə oyunu tam keçirib-keçirməyəcəyi barədə sual verilib.

Sportal.az xəbər verir ki, Jesus öz açıqlamasında bunıarı qeyd edib:

“Ronaldonun oynamağa hazır olub-olmaması ilə bağlı narahatlığınızı hiss etdim. O, Portuqaliyanın simvoludur. Bu, ona hər oyunda oynamaq hüququ vermir, amma vəziyyəti daha yaxşı anlamağınız üçün bir nümunə deyim: biz “Əl-Nəsr”lə Honkonqda onsuz oyun keçirdik və stadiona 5 min azarkeş gəldi. O oynayanda isə 55 min azarkeş var idi.

Sabah o, oynayacaq. Ümid edirəm ki, erkən dəqiqələrdə bir-iki qol vurar və mən də onu daha tez əvəz edə bilərəm”.

Xəbər xətti