Türkiyə millisinin və "İnter"in futbolçusu Hakan Çalhanoğlu karyerasında dəyişiklik edə bilər.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi "Qalatasaray"a keçməyə hazırlaşır.
Təcrübəli futbolçu "cim-bom"dan gələn təklifi dəyərləndirməyi planlaşdırır.
2021-ci ildən "İnter"in formasını geyinən Çalhanoğlunun "nerazzura" ilə müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.
saytlarin hazirlanmasi
