"Mançester Yunayted" niderlandlı hücumçunu transfer etmək istəyir

15:29 - 28 Sentyabr 2026

"Sanderlend"in hücumçusu Brayan Brobbi İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" niderlandlı forvardı transfer etmək istəyir. Bu barədə "Telegraph" nəşri məlumat yayıb.

Klubu Brobbini satmağa həvəsli deyil. Lakin 24 yaşlı futbolçu üçün 60 milyon avroluq təklif gəlsə, dəyərləndirilə bilər.

Qeyd edək ki, "Sanderlend" Brayan Brobbini 2025-ci ilin yayında "Ayaks"dan 20 milyon avroya transfer edib. Niderland millisinin üzvü cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda 3 qol vurub.

Xəbər xətti