"Sabah"ın legioneri Umarali Rahmonaliyevin çıxış etdiyi Özbəkistan milli komandası yoxlama matçına çıxıb.
Sportal.az xəbər verir ki, onun komandası Suriya ilə üz-üzə gəlib.
Qarşılaşma özbəklərin 4:1 hesablı qalibiyyəti ilə başa çatıb.
Umarali meydana 63-cü dəqiqədə daxil olub və sona qədər oynayıb.
Özbəkistan oktyabrın 6-da Cənubi Koreya ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi
