“Şamaxı” Futbol Klubunun İdarə Heyətinin sədri Elçin Usub ilə ölkəmizdə fəaliyyət göstərən tanınmış Türkiyə əczaçılıq şirkəti “Nobel Farm”ın baş direktoru Emrah Mansuroğlu arasında görüş keçirilib.
Sportal.az xəbər verir ki, görüş zamanı “Şamaxı” FK ilə “Nobel Farm” arasında son iki mövsüm ərzində həyata keçirilən əməkdaşlığın nəticələri və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi və şirkətin gələcəkdə kluba sponsor kimi dəstək göstərməsi imkanlarını müzakirə ediblər.
Klub rəhbərliyi “Nobel Farm” şirkətinin son iki mövsüm ərzində “Şamaxı”ya göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Görüşün sonunda klub tərəfindən “Nobel Farm”a forma təqdim edilib.
Qeyd edək ki, beynəlxalq səviyyədə fəaliyyət göstərən “Nobel Farm” 1964-cü ildə təsis olunub. Şirkət Türkiyənin yerli dərman istehsalçıları arasında mühüm yer tutur və məhsullarını 50 ölkəyə ixrac edir. Beynəlxalq standartlara uyğun istehsal olunan yüksək keyfiyyətli və effektiv məhsulları ilə insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasını hədəfləyən “Nobel Farm” 20-dən çox ölkədə nümayəndəlikləri vasitəsi ilə fəaliyyət göstərir.
2500-dən çox əməkdaşı ilə böyük bir ailə kimi fəaliyyət göstərən şirkət Türkiyə ilə yanaşı, müxtəlif ölkələrdə də əczaçılıq sektorunun inkişafına töhfə verir.
saytlarin hazirlanmasi
