AVRO-2028: Millimiz seçmə mərhələdə 5 -ci səbətdə yer alacaq

14:39 - 7 Oktyabr 2026

Futbol üzrə Azərbaycan milli komandası 2028-ci ildə keçiriləcək Avropa çempionatının (AVRO-2028) seçmə mərhələsinin püşkatmasında 5-ci səbətdə yer alacaq.

Sportal.az xəbər verir ki, yığmamız Malta, Litva, Şimali İrlandiya, Andorra və Lixtenşteyn komandaları ilə birlikdə qərarlaşacaq.

Püşkatma mərasimi bu il dekabrın 6-da Şimali İrlandiyanın Belfast şəhərində keçiriləcək.

Qeyd edək ki, seçmə mərhələnin qrup oyunları 2027-ci ilin mart-noyabr aylarında olacaq.

Qitə birinciliyinin final mərhələsi Böyük Britaniya və İrlandiyada təşkil olunacaq.

Xəbər xətti