Kriştiano Ronaldo yaxın vaxtlarda Portuqaliya millisinə qayıtmağı planlaşdırmır.
Sportal.az xəbər verir ki, daha əvvəl “Əl-Nəsr”in 41 yaşlı hücumçusu baş məşqçi Jorje Jesusun onu UEFA Millətlər Liqasında Norveçə qarşı keçirilən oyunda (2:1) meydana buraxmamasından sonra özbaşına şəkildə milli komandanın düşərgəsini tərk etmişdi. Bundan sonra Portuqaliya Futbol Federasiyası Ronaldonu 30 gün müddətinə diskvalifikasiya etmiş və 255 avro məbləğində cərimələmişdi. Cəza müddəti qayda pozuntusunun baş verdiyi tarixdən hesablandığı üçün Ronaldo heç bir oyunu buraxmayacaq.
Lakin "CNN Portugal"ın məlumatına görə, Ronaldunun milli komandanın növbəti toplanışında iştirak etməsi demək olar ki, istisna olunur.
“Ronaldo milli komandaya çağırılmamağa üstünlük verir. Kriştiano özünü heç kimə borclu hesab etmir. O, özünə qarşı pis münasibət göstərildiyini düşünür. Görünür, hələ də ona həqiqətin deyilmədiyinə və xəyanətə məruz qaldığına inanır”, – deyə məlumatda qeyd olunub.
Bununla yanaşı, bildirilir ki, Portuqaliya Futbol Federasiyası prezidenti Pedru Proensa Kriştianu ilə əlaqə yaratmaq üçün hər gün cəhd göstərir. Lakin vəziyyət hələ də çıxılmaz olaraq qalır.
saytlarin hazirlanmasi
