Azərbaycanın U-15 millisi Bakıda təşkil olunan dünya çempionatı və festivalında növbəti oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv günün ikinci matçında Haiti millisi ilə qarşılaşıb. Matç rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimiz bundan öncə İsrail yığması ilə üz-üzə gəlib və 3:1 hesabı ilə qalib gəlib. Bununla da Azərbaycan seçməsi millisi 9 xalla qrupda 3-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, U-15 millimiz daha əvvəl Şərqi Timor yığmasını 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib, Avstraliyaya isə 1:3 hesabı ilə uduzub.
saytlarin hazirlanmasi
