"Mançester Yunayted" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhənginin əsas hədəfi "Nyukasl"da çıxış edən Lyuis Hollu transfer etməkdir. Bu barədə "Football Insider" məlumat yayıb.
"Mançester Yunjayted" Hollu yanvarda heyətinə qatmağa çalışacaq. Lakin bu keçidin baş tutması o qədər də real görünmür. Klubu 22 yaşlı sol cinah müdafiəçisi üçün 83 milyon avro təzminat tələb edir.
Qeyd edək ki, "Nyukasl" Lyuis Hollu 2024-cü ilin yayında "Çelsi"dən 33 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü cari mövsümdə "sağsağanlar"ın heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
