Minifutbol Liqasının yeni mövsümünün püşkatma mərasimi keçirilib.
Sportal.az xəbər verir ki, tədbirdə Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov çıxış edib. O, minifutbolun inkişafı üçün güclü liqanın olmasının vacibliyini bildirib:
“Federasiya olaraq 8-ci dəfədir ki, ölkə çempionatını təşkil edirik. Əlbəttə ki, minifutbolun inkişafı üçün yerli liqanın güclü olması çox vacibdir. Ona görə federasiya olaraq istəyirik ki, liqada güclü, stabil komandalar çıxış etsin. İlbəil də bunu görürük. Əlbəttə ki, yeni mövsümdə də əsas məqsədimiz məhz minifutbolun ölkəmizdə dah ada inkişaf etdirilməsi, çempionatın səviyyəsinin daha da yüksəkdilməsi, ən vacibi, milli üçün istedadlı oyunçuların üzə çıxarılmasıdır. Bu, həmişə olan məqsəddir. Millimiz çox güclüdür. Bu il Avropa çempionu olduq. Burada da yerli çempionatın güclü keçirilməsi faktoru öndədir. Çünki güclü liqa olmasa, milli komanda da belə yüksək səviyyədə, stabil olaraq çıxış edə bilməz. Ona görə də bizi bu fakt sevindirməyə bilməz.
Nəticələr olduqda, həm futbolçuları, həm millini motivasiya etmək çətin olur. Bu, danılmaz faktdır. Amma əlbəttə ki, stabil qalmaq üçün yerli liqanın güclü keçirilməsi vacibdir. Komanda rəhbərlərindən xahişim odur ki, futbolçulara, kollektivə, məşqçilərə daha da peşəkar yanaşsınlar. Belə olduqda, federsiya olaraq komandalara dəstək göstəririk, yeni komandaların yaradılmasına təşviq edirik. Komandaların inkişaf etdirilməsi üçün bu işləri həmişə diqqətdə saxlayırıq.
Bir neçə il ardıcıl “Birbaşa Bakı” çempion oldu. Sonra “Zirə” hegemonluğa son qoydu. “Aznur” da rəqabətdə geri qalmır. İstəyərdik ki, daha çox komanda rəqabətə girsin və davamlı olsun. Bunun üçün minifutbolun kifayət qədər təşviqi olmalıdır. Builki çempionatımızda 12 komanda iştirak edəcək. Çalışdıq ki, stabil olan, inkişaf edən, peşəkar səviyyədə çıxış edən komandalara üstünlük verək. Stabillik bizim üçün çox vacibdir. Bəzən görürsən ki, komanda iştirak edir, mövsümün ortasında müəyyən problemlər ortaya çıxır. Bu da futbolçulara pis təsir göstərir. Bu yolda əməyi olan bütün dostlarımıza, təşkilatçılara, sponsorlarımıza təşəkkür etmək istəyirəm.
Mediadan da xahiş edərdim ki, çempionatımızı daim işəqlandırsınlar. Şərait var ki, bu idman növü daha da inkişaf etsin. Gələn il minifutbol üzər dünya çempionatı keçiriləcək. Ona görə yanaşmamız daha da ciddiləşdməlidir Əminəm ki, bu çempaionatda yeni istedadlar önə çıxacaq və milliyə öz töhvəsini verəcək. Hər birinizə təşəkkür edirəm və uğurlar arzulayıram".
Mirbağırağa
saytlarin hazirlanmasi
