Eşli Yanq hesab edir ki, dünyanın aparıcı məşqçiləri artıq “Mançester Yunayted”də işləməyə əvvəlki qədər maraq göstərmirlər.
Sportal.az xəbər verir ki, Mançester təmsilçisinin sabiq yarımmüdafiəçisi "The Overlap" verilişində maraqlı faktlara toxunub:
“Məncə, komandanın heyəti daha güclü olmalıdır. Amma bu futbolçuları komandaya gətirmək üçün sizə daha neçə transfer pəncərəsi lazım olacaq?
Hansı məşqçi gəlib ‘Mən bu heyətlə işləmək istəyirəm’ deyər? Məncə, dünyanın ən yaxşı məşqçisi Luis Enrike hazırda ‘Mançester Yunayted’ə və onun heyətinə baxıb belə deyərdi: ‘Mən bu heyətə heç toxunmaram. Ora getmərəm’.
Uzun illər ərzində dünyanın əksər məşqçiləri "Mançester Yunayted"i dünyanın ən böyük klublarından biri hesab edirdilər və istənilən vaxt böyük məmnuniyyətlə orada işləməyə razı olardılar. Amma düşünürəm ki, indi vəziyyət fərqlidir”.
saytlarin hazirlanmasi
