Kubok matçında Emreli üçün 82 dəqiqə

00:27 - 28 Oktyabr 2026

Polşada futbol üzrə ölkə kubokunun 1/16 final mərhələsinin bir sıra oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” səfərdə “Motor”la qarşılaşıb. Matçın əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Penaltilər seriyasında isə qonaqlar 3:1 hesabı ilə qalib gəliblər.

Start heyətində meydana çıxan Emreli 82-ci dəqiqədə əvəzlənib. Həmin vaxt onun komandası hesabda geridə olub.

Bu qələbə sayəsində “Rakuv” Polşa Kubokunun 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Xəbər xətti