Kapitan üçün 55 milyon avroluq təklif

19:24 - 3 Noyabr 2026

"Mançester Yunayted"in kapitanı Bruno Fernandeş karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Əl-Hilal" portuqaliyalı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Tutto Mercato" nəşri məlumat yayıb.

Ərəblər 32 yaşlı futbolçu üçün yanvarda 55 milyon avroluq təklif göndərməyi planlaşdırlar.

Qeyd edək ki, Bruno Fernandeş cari mövsümdə "Mançester Yunayted"in heyətində meydana çıxdığı 12 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Portuqaliya millisinin üzvünün "qırmızı şeytanlar"la müqaviləsi 2027-ci ilin yayında başa çatır. Klub istəsə, təcrübəli hücumameyilli yarımmüdafiəçi ilə sözləşməni daha 1 il uzada bilər.

Xəbər xətti