İtaliyanın "Udineze" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisini Paolo Zanetti çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
43 yaşlı mütəxəssislə 2026/27 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Paolo Zanettinin son iş yeri "Verona" olub. O, "Udineze"nin baş məşqçisi postunda Kosta Runyaiçi əvəz edib.
saytlarin hazirlanmasi
