Bu gün Azərbaycanın “Turan” klubu qadın voleybolçular arasında Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.
Sportal.az xəbər verir ki, Ziya Rəcəbovun rəhbərlik etdiyi komanda Bolqarıstanın Plovdiv şəhərində yerli “Maritsa” klubu ilə qarşılaşıb. Görüş “Turan”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Tərəflər arasındakı cavab görüşü noyabrın 11-də Tovuzda keçiriləcək.
Xatırladaq ki, "Turan" 2-ci təsnifat mərhələsində Xorvatiyanın "Mladost" komandasını üstələyib - 3:0, 3:2.
saytlarin hazirlanmasi
