"Neftçi" – "Skenderbeu" matçına nə qədər bilet satılıb?

02:53 - 15 İyul 2013

Təmsilçimiz Albaniya klubu ilə qarşılaşacaq

 

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Skenderbeu” (Albaniya) matçına bilet satışı davam edir.
 
Sportal.az xəbər verir ki, artıq qarşılaşmaya 3000-dən çox bilet satılıb. Lakin oyun saatına qədər bu göstəricinin daha da artması istisna deyil.Qeyd edək ki, “Neftçi” – “Skenderbeu” matçı iyulun 17-də Bakıda, “Bakcell Arena”da keçiriləcək. Stadionun tutumu 11 min olduğundan, istisna deyil ki, komandamızın ev oyununda anşlaq olsun.
 
Xatırladaq ki, 2-20 manat qiymətində olan biletləri sözügedən arenanın kassalarından, eləcə də “28 Mall” və “MetroPark”dan əldə etmək olar.

Xəbər xətti