Emin Abbasov "Dinamo"nun Futbol Akademiyasında FOTOLAR

18:23 - 17 İyul 2013

"Qarabağ" rəsmisinin Gürcüstan səfəri davam edir

 

“Qarabağ” klubunun bütün yaş qrupları üzrə baş koordinatoru Emin Abbasovun Gürcüstan səfəri davam edir. Gürcüstanın Dialoq və İnkişaf Fondunun təşkilati dəstəyi ilə keçirilən səfər çərçivəsində Emin Abbasov bu gün “Dinamo”nun Futbol Akademiyasında olub.

 

“Qarabağ” rəsmisi 10 gün əvvəl açılışı olan Akademiyada yaradılan şəraitlə tanış olub. Abbasov həmçinin “Dinamo” Futbol Akademiyasının koordinatoru Giorgi Minaşvili ilə görüşüb. Klub rəsmiləri fikir mübadiləsi aparıb, gələcəkdə həyata keçirilməsi mümkün olan layihələri müzakirə ediblər.

 

Qeyd edək ki, iyul ayının 7-də keçirilən “Dinamo” Futbol Akademiyasının açılışında Kriştiano Ronaldo, Andrey Şevçenko kimi dünya futbol ulduzları iştirak ediblər.

 

 

Xəbər xətti