"Qarabağ"da braziliyalı futbolçu

13:24 - 19 İyul 2013

Qurban Qurbanov Çumbinyonu istəyir
 
 
Yunanıstanın “Olimpiakos” klubunun yarımmüdafiəçisi Çumbinyo karyerasını Azərbaycanda davam etdirəcək.Sportal.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.
 
Məlumatda bildirilir ki, braziliyalı futbolçu “Qarabağ”la anlaşıb. Tezliklə bu transferin rəsmən açıqlanması gözlənilir.
 
Qeyd edək ki, Çumbinyonu Yunanıstanın digər klubu “Aris” də heyətində görmək istəyirmiş. Amma o, Azərbaycan komandasına keçməyə üstünlük verib.
 
Maraq üçün bildirək ki, 1986-cı ildə anadan olmuş və tam adı Marinaldo Çiçero da Silva olan Çumbinyo karyerası ərzində çoxlu klublarda çıxış edib. O, karyerasında 2005-2006-cı illərdə vətənində “Sao Paulo”da başlayıb. 2006-cı ildə o, “America-SP” klubuna icarəyə verilib.
 
Elə həmin il Yaponiyanın “Kashima Antlers”ində də icarə əsasında forma geymiş yarımmüdafiəçi 2007-də “Coritiba”da oynayıb. Həmin il “Ponte Preta”da da top qovmağa imkan tapan Çumbinyonu 2008-də “Rio Claro” transfer edib. 2008-2009 mövsümündə bu futbolçunu Portuqaliyanın “Leixoes” klbubu alıb. 2009-cu ildən isə Çumbinyo Yunanıstanda çıxış edir. O, bu ölkədə əvvəlcə “Ethnikos”un şərəfini qoyurub. 2010-cu ildə isə o, “Olimpiakos”la müqavilə imzalayıb. Lakin maraqlıdı ki, elə alınan gündən bu futbolçu digər klublara icarəyə verilib. Çumbinyo son illərdə “Panserraikos”, OFI, “Levadiakos” və “Atromitos”un formasını geyinib.

Xəbər xətti