Ruslan Abışov "Rubin"in əvəzedici komandasında

01:59 - 21 İyul 2013

Millimizin üzvü "Zenit"lə oyunda meydana çıxdı

 

Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışov şərəfini qoruduğu "Rubin" klubunun əvəzedici komandası ilə meydana çıxıb.
 
Sportal.az xəbər verir ki, Kazan təmsilçisi evdə "Zenit"i 2:0 hesabı ilə məğlub etdiyi qarşılaşmanın 46-cı dəqiqəsində Abışov meydana çıxıb. Matç 1:0 davam edərkən təmsilçimiz oyuna qatılıb və ondan sonra "Rubin" ikinci topu rəqib qapısından keçirib.
 
Qeyd edək ki, bu gün “Rubin”inin əsas komandası “Zenit”lə qarşılaşacaq. Bu matçda isə Abışovun meydana çıxması sual altındadır. 

Xəbər xətti