"Barselona" baş məşqçisini tapdı

11:52 - 22 İyul 2013

Klub rəhbərliyi keçmiş futbolçusunu komandaya gətirməyə hazırlaşır
 
Tito Vilanovanın gedişindən sonra baş məşqçi axtarışlarını davam etdirən “Barselona” yekun qərara gəlib.
 
Sportal.az xəbər verir ki, bir çox namizədlər olsa da, katalon klubu keçmiş futbolçusu Luis Enrike ilə danışıqlara başlayıb. İlk baş məşqçilik təcrübəsini “Roma”da yaşayan 43 yaşlı çalışdırıcı ilə tərəflərin yaxın günlərdə masa ətrafına oturacağı bildirilir. 
 
Qeyd edək ki, “Barselona”nın baş məşqçisi olmağa namizədlər arasında Frank Raykard, Marselo Bielsa və s kimi məşqçilərin də adı hallanır.

Xəbər xətti