"Neftçi"nin daha bir üzvü "Sumqayıt"da

18:45 - 22 İyul 2013

Ruslan Qurbanov komandada qaldı
 
“Sumqayıt” daha bir futbolçu ilə müqavilə imzalayıb. Sportal.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi milliləşən rusiyalı legioner Ruslan Qurbanovla anlaşıb.

“Neftçi”yə məxsus olub, ötən mövsümü də “Sumqayıt”da keçirən 22 yaşlı yarımmüdafiəçi daha 1 il bu komandada çıxış edəcək. Qurbanov 2012/13 mövsümündə Topaz Premyer Liqasında 24 oyunda 1753 dəqiqə meydanda olub və rəqib qapılarından 6 top keçirib.

Qeyd edək ki, Ruslana qədər “Sumqayıt” “Neftçi”dən icarəyə götürdüyü daha bir oyunçu Slavik Alxasovla da yeni müqavilə imzalamışdı.
 

Xəbər xətti