"Xəzər Lənkəran" "Makkabi" ilə oyunun hazırlıqlarına başladı

12:51 - 23 İyul 2013

Con Toşak planına uyğun məşq keçib
 
İyulun 25-də Avropaliqanın II təsnifat mərhələsi çərçivəsində “Makkabi” klubunu qonaq edəcək “Xəzər Lənkəran” dünəndən hazırlığa start verib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, dünən əsasən “Fənərbaxça” ilə yoxlama oyununun bərpa məşqini düşünən Con Toşak bu gün səhər cavab qarşılaşmasının hazırlığı planına uyğun məşq keçib. 
 
Əsas meydançada keçirilən məşqdə futbolçular daha çox qapıya zərbələr və bir neçə gedişli kombinasiyalardan sonra qurulan hücumlar üzərində çalışıb. Hazırda düşərgədə zədəli futbolçu yoxdur və komanda tam tərkibdə məşqlərini davam etdirir. 

Xəbər xətti