"Bu gün biz "Tromse" səddini keçəcəyik"

11:52 - 25 İyul 2013

Ruslan Muradov: "İlk 15 dəqiqədə bir qol vura bilsək lap yaxşı olar"
 
“Bu gün 500-600 fan-klub üzvümüzlə birlikdə Stadionda olacağıq və komandamızı dəstəkləyəcəyik. Artıq hazırlıq işlərinə dünəndən başlamışıq. Bəzi problemləri isə bu gün həll edib oyuna tam hazır olacağıq". 
 
Bu sözləri Sportal.az-a açıqlamasında "İnter" fan-klubunun rəhbəri Ruslan Muradov deyib. Muradov komandasının növbəti mərhələyə keçəcəyini bildirib:
 
"Ümumiyyətlə oyuna xüsusi banerlər hazırlamamışıq, amma yeni şüarlar səsləndirəcəyik. Mən bü gün komandamızın növbəti mərhələyə keçəcəyinə 100% inanıram. İlk 15 dəqiqədə bir qol vura bilsək lap yaxşı olar. Bu gün biz “Tromse” səddini keçəcəyik”.

Xəbər xətti