"Sumqayıt" "Şahdağ"a qalib gəldi

12:24 - 28 İyul 2013

Komandanın qolları Nurlan Novruzov və Kərim Diniyev vurub
 
Gürcüstan toplanışını başa vuran "Sumqayıt" Futbol Klubu hazırlığın üçüncü mərhələsinə start verib. 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Aqil Məmmədovun komandası "Sumqayıt" İdman Mərkəzində növbəti yoxlama oyununu keçirib. "Şahdağ"la qarşılaşan "Sumqayıt" qarşılaşmadan 2:0 hesablı qələbə ilə ayrılıb. Komandanın qolları Nurlan Novruzov və Kərim Diniyev vurub.

Xəbər xətti