Almeyda: "Deməli, "Gefle" nizam-intizamlı komandadır"

17:19 - 31 İyul 2013

"Meydanda əlimizidən gələnin ən yaxşısını edəcəyik"
 
"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeydanın Sportal.az-a müsahibəsi
 
- “Piast”la oyunla bağlı fikirlərini bildirərdin. Üçüncü mərhələyə keçdiniz...
- Biz Polşada qələbəyə layiq oyu oynadıq. Bizim komandada hər kəs meydandan rəqib futbolçulardan üstün oynadı. 
 
- Niyə orada oyun əlavə vaxta qədər uzandı? İlk qol arxayınlıq yaratdı komandada?
- Düzdü, ilk qoldan sonra bir az sanki arxayın oynadıq. Amma bununla belə bizim ondan sonra da çox şanslarımız var idi. Lakin həmin şansları dəyərləndirə bilmədik. Amma rəqib elə düşən iki fürsətdən istifadə etdi və qapımıza ik qol vurdu. Biz oyunun taleyini el ilk hissədə həll edə bilərdik. Amma bu futboldur və hər şey olur. Əsas odur ki, sonra biz qalib gəldik. Biz Poşada ədalətli qələbə qazandıq. Bu haqq edirdik.
 
- Sabah baş tutacaq “Gefle” ilə oyun haqqında nə deyə bilərsən?
- Bütün oyunlar kimi bu da bizim üçün çətin oyun olacaq. Rəqib yaxşı komandadır. Biz öz oyunumuzu oynamlıyıq. Meydanda daha istəkli olmalıyıq. Necə ki, bunu “Piast”la oyunlarda bacardıq. Sabah asan olmayacaq. Oyunun sonunda hər şey aydın olacaq. Cütübn ilk oyununda qalib gəlmək istəyirik.
 
- Rəqibiniz “fair-play” qaydalarına daha yaxşı əməl etdiyi üçün Avroliqada oynayır...
- Deməli onlar nizam-intizamlı komandadır.
 
- Bu sizin üçün üstünlük ola bilər?
- Hər komandanın bir üstünlüyü var. Bizim indi onlarla şanslarımız bəraəbərdir. Amma “Qarabağ” heç bi komandadan qorxmur və çəkinmir. Meydana çıxıb bildiyimiz ən yaxşı oyunumuzu oynamağa çalışacağıq. İnanıram ki, sonda sevinən biz olacağıq.
 
- “Gefle” öz evində nadir hallarda məğlub olan komandadır. Bakıda hansı nəticə sizi razı salacaq?
- Bunu indidən demək olmaz, Hər şeyin necə olacağını siz oyundan sonra görəcəksiniz.
 
- Azarkeşlərə nə sözün var?
- Düşünürəm ki, onlar yenə bizə ən yaxşı şəkildə dəstək verəcəklər. Onların stadionda möhtəşəm atmosfer yaradacaqlarına inanıram. İstəyirik ki, onlar bizə dəstək versinlər, biz də onlar üçün meydanda əlimizdən gələnin ən yaxşsıını edək. Sabah stadionda izdiham yaşanacağını gözləyirəm.
 
Elsevər MƏMMƏDOV

Xəbər xətti