"Gefle"nin üstünlüyü ondadı ki, ucaboy oyunçuları var"

11:19 - 1 Avqust 2013

Maksim Medvedev: "Onlar heç də "Pyast"dan geri qalan komanda deyil"
 
“Rəqibi artıq analiz etmişik. “Malmö” ilə videolarını izləmişik. Onlar heç də “Pyast”dan geri qalan komanda deyil. Bəlkə də güclüdü”.
 
Bu sözləri Sportal.az-a açıqlamasında “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev deyib. “Qarabağ” – “Gefle” oyunuöncəsi danışan müdafiəçi rəqibin üstünlüyünü ucaboylu oyunçularının olmasında görür:
 
"Gefle"nin bizə nisbətən üstünlüyü ondadı ki, ucaboy oyunçuları var. Əksər oyunçuları hava toplarında yaxşı oynayır. Ona görə də çalışmalıyıq ki, qapımızın yaxınlığında standart vəziyyətlərin olmasına imkan verməyək. Bizim isə ancaq yeganə üstünlüyümüz o ola bilər ki, daha çox topa nəzarət edək və qısa ötürmələrlə rəqibi topsuz qoyaq. Nə qədər də üstünlüyə yiyələnsək, bir o qədər yaxşıdı. Mümkün qədər rəqibi təzyiq altında saxlamaq lazımdı. Nəzərə alaq ki, evdə oynayırıq. Azarkeşlərin dəstəyi ilə bu oyunu mütləq qazanmağa çalışacağıq. 
 
Bir və ya iki top fərqilə udmağımızdan asılı olmayarq əsas qapımızdan top buraxmamaqdı. Bu da səfərdə bir qədər daha vacibdi. Söz verə bilmərəm ki, mərhələni adlayacağıq. Bu futboldu. Futbolda hər şey olur. Elə “Malmö” oyununda da rəqibimiz elə də topa sahib çıxmamışdı. 68 faiz top üstünlüyü “Malmö”də olsa da, qazanan tərəf “Gefle” oldu. Odur ki, onlardan ehtiyatlı olmalıyıq və bir epizod da verməməliyik”.  

Xəbər xətti