"Neftçi"nin oyununu idarə edən hakim "Fənərbaxça" - "Zalsburq" matçında

12:23 - 1 Avqust 2013

Görüş polşalılara həvalə olundu
 
“Fənərbaxça”nın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Zalsburq”la keçirəcəyi cavab oyununu idarə edəcək hakimlər müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, TFF-dən verilən açıqlamaya görə, 6 avqustda “Şükrü Saraçoğlu” stadionunda baş tutacaq oyunu polşalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Pavel Gil olacaq. Ona qarşılaşmada Piotr Sadzuk, Marçin Borkovski köməklik edəcək. Dördüncü referi isə Robert Malek olacaq. 
 
“Fənərbaxça”nın Avstriya təmsilçisi ilə ilk oyunu 1:1 hesabı ilə yekunlaşıb.
 
Qeyd edək ki, Pavel Gil Çempionlar Liqasında mübarizəni dayandıran “Neftçi”nin oyununu da idarə edib. O, təmsilçimizin “Skenderbeu” ilə səfər matçında fit çalıb. 

Xəbər xətti